İranda qadın musiqiçiyə görə konsert ləğv edilib.
Məlumatı İranda İnsan Hüquqları Təşkilatı yayıb.
Bildirilib ki, fevralın 5-də İsfahan şəhərində "Liana” adlı musiqi qrupunun konserti olacaqdı. Ancaq qadın musiqiçinin iştirakı nəzərdə tutulduğundan konsert ləğv olunub.
İnformasiyaya əsasən, bütün cavabdeh qurumlardan konsert verilməsi ilə bağlı əvvəlcədən icazə alınıbmış.
Qeyd edək ki, musiqi qrupunun rəhbəri Möhsün Şərifiandır. Onun qızı Liana Şərifian da qrupun üzvüdür. Konsert məhz onun iştirakı nəzərdə tutulduğuna görə ləğv edilib.
///report