İranda həbs olunan Xalidə Xalid azadlıqda

SİYASƏT
12:22 19.05.2013
2187

İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Bu barədə Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, İranda səfərdə olan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib. Nümayəndə heyətinə Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir. Nümayəndə heyətinin İranın ali dini lideri, Ayətullah Əli Xamneyi ilə görüşü nəzərdə tutulmuşdu.

OXŞAR XƏBƏRLƏR