Bu il iranlıların Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə "İran Hava Yolları" məlumat yayıb.
Məlumata görə, icazələrin alınmaması səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına gedə bilməyəcək.
Buna görə ziyarət üçün qeydiyyatdan keçən minlərlə iranlının ödəniş haqqı 2 günə qaytarılacaq.