İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb

İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
DÜNYA
09:52 28.06.2025
173
İranda İsraillə 12 günlük münaqişə zamanı həlak olanlar üçün dəfn mərasimi başlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel” İran KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.
OXŞAR XƏBƏRLƏR