İranda koronavirusdan ölənlərn sayı çoxalıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İranda yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 709 nəfər artaraq ölkədə epidemiya başlayandan bəri gündəlik ən yüksək insan itkisinə səbəb olub.
İran Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində 40623 yeni yoluxma halı aşkarlanıb, onlardan 5487-si müalicə olunub. Reanimasiya şöbələrində 7727 COVID-19 xəstəsi müalicə olunduğu bildirilir.
İranda indiyədək cəmi 23 milyon 710 min 434 doz peyvənd vurulub.
İran Prezidenti İbrahim Reisi 21 Avqustda etdiyi çıxışında, epidemiyaya nəzarətin yeni hökumətin ilk prioritetlərindən biri olacağını bildirib.
Epidemiyanın nəzarətdən çıxdığı ölkədə məcburi hallar istisna olmaqla, bütün şəhərlər arasında avqustun 27-dək səyahət qadağası tətbiq edilib.
Ayşən