İranda koronavirusa ən yüksək gündəlik yoluxma sayı açıqlandı

İranda koronavirusa ən yüksək gündəlik yoluxma sayı açıqlandı
DÜNYA
16:25 22.09.2020
874
İranda ötən sutka ərzində koronavirusa indiyədək ən yüksək gündəlik yoluxma qeydə alınıb.

Bu barədə İran Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari dövlət televiziyasına açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, bir gündə 3 712 nəfərdə koronavirus infeksiyası aşkarlanıb və bununla da pandemiya başlayandan etibarən yoluxanların sayı 429 193-ə çatıb.

S.S.Lari həmçinin bildirib ki, son 24 saat ərzində İranda koronavirusdan 177 nəfər ölüb, bununla da pandemiya qurbanlarının sayı 24 656-ya çatıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR