İranda ötən sutka ərzində 63 nəfər koronavirusdan (COVID-19) ölüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 139 865 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 345 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 714 5877 nəfərə çatıb.