İranda koronavirusdan ölənlərin sayı 21 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 21 minə çatır
DÜNYA
14:30 25.08.2020
615
İranda daha 125 nəfər koronavirusun qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 20 901 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 213 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 363 363-ə yüksəlib.

Məlumatda həmçinin 3 839 nəfərin ağır vəziyyətdə olduğu, 313 058 nəfərin isə sağaldığı vurğulanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR