İranda öldürülən tələbə və müəllimlərin sayı açıqlandı

İranda öldürülən tələbə və müəllimlərin sayı açıqlandı
DÜNYA
21:37 29.03.2026
260
ABŞ-İsrail müharibəsinin başlanğıcından bəri ən azı 250 tələbə və müəllim öldürülüb, 600 təhsil müəssisəsinə hücum edilib.

Bu barədə İran Təhsil Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Sadeqi bildirib.
 
O qeyd edib ki, hücumlarda 184 tələbə və müəllim də yaralanıb.Təkcə Tehranda 16 tələbə və beş müəllim həlak olub, 8 tələbə və 5 müəllim isə yaralanıb.

Sadeqinin sözlərinə görə, 28 fevraldan bəri təxminən 200 inzibati, mədəni və təhsil müəssisəsinə ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR