İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 115 nəfərə çatıb.
bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
14:18
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.
Bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
14:12
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.
Bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.