İranda mədəndə partlayış oldu, altı şaxtaçı öldü

İranda mədəndə partlayış oldu, altı şaxtaçı öldü
DÜNYA
09:34 04.09.2023
185
İranın Semnan vilayətində mədəndə baş verən partlayış nəticəsində altı şaxtaçı ölüb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, məlumatı Semnan vilayətinin qubernatoru Seyid Məhəmməd Rza Haşimi də təsdiq edib.

O qeyd edib ki, Əlborz kömür mədənində dağıntılar altında qalan altı fəhlənin meyiti tuneldən çıxarılıb.
Məlumatda həmçinin qeyd olunub ki, qəza 700 metrlik dərinliyi olan mədənin 400 metrliyində baş verib.
OXŞAR XƏBƏRLƏR