İranda məktəb hücumunun 165 qurbanı torpağa tapşırıldı - FOTOLAR

İranda məktəb hücumunun 165 qurbanı torpağa tapşırıldı - FOTOLAR
DÜNYA
16:57 03.03.2026
311
ABŞ və İsrailin İrana hücumlarının ilk günündə Minab şəhərində ibtidai məktəbə edilən zərbə nəticəsində həlak olan 165 nəfər – əsasən qız şagirdlər və məktəb əməkdaşları – üçün kütləvi dəfn mərasimi keçirilib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dövlət televiziyasının canlı yayımında minlərlə insanın mərasimə qatıldığı, şüarlar səsləndirdiyi görüntülər yayımlanıb. Övladlarının şəkillərini daşıyan ailələr hadisəni "insanlığa qarşı cinayət” adlandırıblar.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi sosial media hesabında paylaşım edərək hücumun miqyasını pisləyib və onlarla günahsız məktəblinin həyatını itirdiyini vurğulayıb.

Bununla yanaşı, İsrail ordusu ərazidə belə bir əməliyyatdan xəbərsiz olduğunu iddia edib.
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə açıqlamasında hücumlarda yalnız hərbi obyektlərin deyil, xəstəxana, məktəb və digər mülki infrastrukturun da hədəf alındığını bildirib və beynəlxalq ictimaiyyəti reaksiya verməyə çağırıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR