İranda Kann Film Festivalından mükafatla qayıdan rejissor Səid Rüstəyi həbs edilib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, rejissor Səid Rüstəyi "Leylanın qardaşları” filminə görə Tehran İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.
Eyni zamanda rejissor 5 il filmlərdə işləyə də bilməyəcək.
Qeyd edək ki, dünyada maraqla izlənilən "Leylanın qardaşları” filminin İranın rəsmi icazəsi olmadan Kann Film Festivalına göndərildiyi və rejim əleyhinə təbliğat apardığı səbəbilə ölkədə hədəf alındığı bildirilir.
Şəbnəm