İranda müharibənin ağır nəticələri: Ölən və yaralananların sayı artır

İranda müharibənin ağır nəticələri: Ölən və yaralananların sayı artır
DÜNYA
16:03 10.03.2026
134
ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədə insan itkilərinin artdığı bildirilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tehranın Təcili Tibbi Yardım Departamentinin rəis müavini Mehr Soruş bildirib ki, müharibə başlayandan bəri təkcə paytaxt Tehranda ən azı 460 nəfər həlak olub, 4309 nəfər isə yaralanıb.

Həmçinin bildirilib ki, fevralın 28-dən etibarən paytaxtda 18 təcili yardım maşını və 18 təcili tibbi yardım məntəqəsi zədələnərək istifadəyə yararsız hala düşüb.

Onun sözlərinə görə, bu vəziyyət yaralıların müalicəsi və səhiyyə xidmətlərinin göstərilməsi prosesinə ciddi maneələr yaradır.

Məlumata görə, hücumların təsiri yalnız paytaxtla məhdudlaşmayıb. Ölkə üzrə yayılan məlumatlarda bildirilir ki, hücumlar nəticəsində ölənlərin ümumi sayı 1200-ü keçib, yaralıların sayı isə 10 mindən çoxdur.

Enerji infrastrukturu və mülki ərazilərdə yerləşən strateji obyektlərə endirilən hava zərbələrinin yaratdığı dağıntıların itkilərin artmasında əsas amil olduğu qeyd olunur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR