İranda bir qrup narazı fermer quşçuluq yemlərinin qiymətinin 600% bahalaşmasına etiraz olaraq Kənd Təsərrüfatı Nazirliyinin binası önünə toplaşaraq hökumətə öz etirazları bildiriblər.
AZXEBER.COM xəbər verir ki, əksəriyyəti müflisləşən və quşçuluq təsərrüfatları məhv olan etirazçılar yem məhsullarının rəsmi qiymətlərlə satılmasını tələb ediblər.
Xatırladaq ki, "tərcihli valyuta"nın ləğvi ilə yem məhsullarının qiymətləri dəfələrlə bahalaşıb. Bir çox fermer isə fermalarındakı cücələri məhv etməklə daha çox zərərin qarşısını almağa çalışıblar.