İranda nazir müavini sui-qəsd nəticəsində öldürüldü

SİYASƏT
02:17 11.11.2013
1208

Səftər Rahmetabadi, Tehranın Sebelan meydanında şəxsi avtomobilinə minən zaman, iki nəfər naməlum şəxs ona yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar

İranın Sənaye Ticarət və Mədəniyyət nazirinin müavininə qarşı sui-qəsd olunub.

Nazir müavini Səftər Rahmetabadi, Tehranın Sebelan meydanında şəxsi avtomobilinə minən zaman, iki nəfər naməlum şəxs ona yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar. Rahmetabadi, başından və sinəsindən aldığı gülə yarasından yerindəcə həlak olub. Hadisə yerində heç bir izə rast gəlməyən İran polisinin ilkin versiyasına görə, nazir müavininə atəş öz şəxsi avtomobilindən açılıb. Polisdən onu da bildiriblər ki, hadisəni naziri müavinini tanıyan şəxslərdən biri törədib.

OXŞAR XƏBƏRLƏR