İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
DÜNYA
23:54 13.06.2025
612
İranda Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehranın sorğusu ilə keçirilən BMT-nin təcili iclasında bildirib.

Onun sözlərinə görə, İranda Nətənzdəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənməni radiasiya müdafiəsi tədbirləri ilə nəzarətdə saxlamaq mümkündür.

"AEBA nüvə qurğularının tam qorunmasını təmin etmək və onların sülh məqsədləri üçün istifadəsini davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır”, – Qrossi bildirib.
OXŞAR XƏBƏRLƏR