İranda parlament seçkiləri keçiriləcək

İranda parlament seçkiləri keçiriləcək
DÜNYA
18:10 08.08.2023
181
İranda Məhsa Əmininin ölümü ilə başlayan və ölkəyə yayılan etirazlardan sonra ilk dəfə parlament seçkiləri keçiriləcək.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İrandakı  etirazlardan sonra ilk dəfə keçiriləcək parlament seçkiləri üçün namizədlərin qeydiyyatına başlanılıb.
 
Gələn ilin martında keçiriləcək ümumi seçkilərə qədər namizədlərə prosesin ilk addımı olaraq onlayn qeydiyyatdan keçmək üçün bir həftə vaxt verilib. Müraciət edən hər bir namizəd, üzvlərinin yarısı birbaşa Ali Rəhbər Ayətullah Əli Xamenei tərəfindən təyin olunan 12 üzvdən ibarət Konstitusiya Mühafizə Şurası tərəfindən təsdiqlənməlidir.

Bildirilib ki, ən son 2020-ci ildə keçirilən seçkilərində iştirak 42 faiz civarında olub. Bu da 1979-cu ildən bəri ən aşağı fazidir.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR