İranda pedofili asdılar - FOTO-VIDEO

İranda pedofili asdılar - FOTO-VIDEO
DÜNYA
13:00 15.02.2014
9417
Edamda zərərçəkmişlərin qohumları da iştirak edib.
İranda adam qaçırmaq və zorlamaqda ittiham olunan 2 nəfər ictimaiyyətin gözləri önündə asılaraq edam olunub.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, BBC Fars agentliyinin verdiyi məlumata görə, məhkəmə məhkumlardan birinin 8 yaşlı qızı qaçırdığını və onu zorlayaraq öldürdüyünü bildirib.
Digər məhkumun isə polis geyimi ilə bir neçə qadını aldadaraq qaçırdığı, onları qarət etdiyi və zorladığı bildirilib.
Məhkəmə heyəti və zərərçəkmişlərin qohumlarının da iştirak etdiyi edam hökmü Şiraz şəhərinin ən böyük meydanlarından birində, ictimaiyyətin gözlərinin qarşısında yerinə yetirilib.
Xəbərdə, İran qanunvericiliyinə görə zorlama cinayəti işləyənlərin edam olunduğu bildirilir.
16 yaşından kiçiklərin fotolara baxması məsləhət görülmür.
OXŞAR XƏBƏRLƏR