İranda polis şöbəsini belə yandırdılar - VİDEO

İranda polis şöbəsini belə yandırdılar - VİDEO
DÜNYA
15:17 22.09.2022
327
İranda bir neçə gündür davam edən etiraz aksiyaları səngimir. 

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, aksiyaçılar dini hökumətə qarşı şüarlar səsləndirir və nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurmalar baş verir. 

İsfahanda qeydə alınmış görüntülərin birində isə etirazçıların polis nəzarət-buraxılış məntəqəsini yandırması əks olunub. 

Xatırladaq ki, etirazlara səbəb sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini adlı qızın "əxlaq polisi" tərəfindən hicab bəhanəsi ilə döyülərək öldürülməsidir. 

OXŞAR XƏBƏRLƏR