İranda polisi öldürən şəxslər edam edildi

DÜNYA
12:19 30.09.2024
127
İranda polis məmurunu öldürən iki oğru xalqın qarşısında edam edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranda 2020-ci ilin dekabrında iki nəfər Mərkəzi əyalətin Xomeyn rayonunda silahlı soyğunda iştirak edib.
 
Oğrular oğurluqdan sonra müdaxilə edən polis əməkdaşını güllələyərək öldürüblər.
 
Bu hadisədən sonra məhkəmə cinayətkarlar barədə edam cəzası çıxarıb.
 
Qərar Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra iki məhbusa verilən ölüm hökmü Xomeyndə açıq şəkildə icra edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR