İranda növbədənkənar prezident seçkilərinin ikinci turu çərçivəsində səsvermə başlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Qeyd olunub ki, ölkədə seçkilərin nəticələri bütün səslər hesablandıqdan sonra, iyulun 6-da səhər saatlarında məlum olacaq.
Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır.