İranda prezidentliyə iddialı ilk qadın namizədliyini geri götürüb

İranda prezidentliyə iddialı ilk qadın namizədliyini geri götürüb
DÜNYA
15:51 09.06.2024
162
İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib.

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

"Namizədlikdən geri çəkildiyimi bəyan edirəm”, – İslam Şurası Məclisinin sabiq üzvü bildirib.

Eyni zamanda, İlahian seçkilərdə "inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka” çağırıb.

Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.//report
OXŞAR XƏBƏRLƏR