İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO

İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
SOSİAL
23:27 11.03.2026
250
İrandakı mövcud vəziyyətlə bağlı Tehrana "qara yağış" lar yağır. Yağışın qara çöküntülərlə müşahidə olunması isə ciddi müzakirələrə səbəb olub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, ekoloqlar bildirir ki, şəhərdəki yüksək səviyyəli çirklənmə nəticəsində yaranan bu yağış tərkibində zəhərli maddələr daşıyır, dəri və tənəffüs yolu xəsətlikləri yaradır, içməli suları zəhərləyir.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud hava şəraiti yaxın günlərdə Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan ərazilərinə doğru hərəkət edəcək.

Bəs Azərbaycan üçün hər hansısa təhlükə varmı?

Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova deyib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır.

Onun sozlərınə görə, mövcud şəraitlə əlaqədar, mütəmadi olaraq ölkə ərazisində aparıcı hava axınları qiymətləndirilir, həmçinin yerüstü hava keyfiyyəti stansiyaları, eyni zamanda, meteoroloji stansiyanın məlumatları təhlil edilir. Təyin olunan çirkləndiricələrdə heç bir dəyişiklik izlənilmir.

OXŞAR XƏBƏRLƏR