İranda qıza hücum edən şəxsin burnu, qulağı kəsiləcək, gözləri çıxarılacaq

DÜNYA
16:31 05.03.2014
1334
İranın Ali Məhkəməsinin qərarı ilə asid turşusunu qızın üzünə çırpan kişinin burnu və qulağı kəsiləcək, gözləri çıxarılacaq.
AZXEBER.COM “Daily Mail”ə istinadən xəbər verir ki, kişinin hücumu nəticəsində zərərçəkən qız görmə və sağ qulağının eşitmə qabiliyyətini itirib.
Xatırladaq ki, İran hakimiyyəti bu ağır cəzanı təsdiqləyib. Bu tip cəzalar İran cəmiyyəti üçün yenilik deyil. Bir neçə il öncə İranda cəza olaraq cinayətkarlardan birinin əli və ayağı kəsilib.
OXŞAR XƏBƏRLƏR