İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib

İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib
DÜNYA
18:45 03.05.2025
440
İranda qum fırtınası səbəbilə 800-dən çox insan tənəffüs və ürək probleminə görə xəstəxanaya müraciət edib.

Bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin rektor müavini Dr. Meysəm Muazi açıqlama verib.

Muazinin sözlərinə görə, Xuzistan vilayətində baş verən güclü qum fırtınası nəticəsində son 24 saat ərzində 802 nəfər tənəffüs və ürək-damar problemləri səbəbilə xəstəxanalara müraciət edib. Onlardan 92-i stasionar müalicəyə qəbul olunub, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xuzistan Meteorologiya İdarəsinin məlumatına görə, qum fırtınası İraq mənşəlidir. İdarə bölgədə hava şəraitinin təhlükəli səviyyəyə çatdığını nəzərə alaraq cümə axşamı və cümə günləri üçün "qırmızı xəbərdarlıq” elan edib.
 
/APA
OXŞAR XƏBƏRLƏR