İranda ruhanilər homoseksualları cinsiyyətini dəyişməyə məcbur edirlər – VIDEO

DÜNYA
10:15 06.11.2014
1678
Mari düzgün yolu seçib-seçmədiyindən tam əmin deyil.
İran dünyanın nadir ölkələrindəndir ki, burada homoseksual hərəkətlər ölümlə cəzalandırılır.
AZXEBER.COM-ın BBC-yə istinadən xəbərinə görə, amma ruhanilər qəbul edirlər ki, bəzi adamlar “səhv cinsin bədənində” ola bilərlər. Beləliklə, homoseksuallar cinsiyyətini dəyişməyə məcbur edilə bilərlər.
Mari gənc oğlan olanda öz seksual təmayülünü anlamırdı. Amma İran həkimi Mariyə dedi ki, o, 98 faiz qadındır. Həkim onun cinsiyyətini dəyişmək üçün əməliyyatdan keçməyə inandırdı.
Amma hazırda Mari düzgün yolu seçib-seçmədiyindən tam əmin deyil.
Onunla müsahibəni BBC-nin Farsca müxbiri Əli Həmədani aparıb.
Bu barədə geniş yazı saytımızda olacaq.
OXŞAR XƏBƏRLƏR