İranda seksə aid DVD-lər açıq satışa çıxarılıb: apteklərdə növbələr yaranıb
MARAQLI
19:05 12.09.2011
2698
Cinsi mövzuların qadağan olunduğu İranda düzgün seksi təbliğ edən DVD satışa çıxarılıb. Sağlıq və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan bu vəsait "Aşine-yi Mahbub" (Sevgili həyat yoldaşı) adlanır.İranın seksə aid ilk təhsil vəsaiti iki il ərzində hazırlanıb. AZXEBER.COM “Azadlıq” radiosuna istinadən bildiri ki, Tehran apteklərində satışa çıxarılan bu disklər əhali tərəfindən çox sürətlə alınır. İntim əlaqəyə həsr edilən diskdə insanlar yerinə iki çiçəyin yaxınlaşması nümayiş etdirilir.Filmdə Tehran Universitetinin professoru Dr. Muhammed Məcidin müsahibəsi də səsləndirilir. Professor deyir ki, “sekslə əlaqədar bilgilər müxtəlif kitablarda, həmçinin dinimizdə, hədislərdə yer alıb".DVD vasitəsilə həm kişilər, həm də qadınlara səslənən professor Məcid qeyd edir ki, əsəb və stress cinsi aktivliyi aşağı salır. Diskdə cinsi əlaqənin daha yaxşı alınması üçün məsləhətlər də verilir:"Sadəcə kişi hərəkət edib qadın uzanmamalıdır. Birlikdə hərəkət etmək lazımdır. Qadınlar, əgər orqazm keçirmək istəyirsinizsə, siz də hərəkət etməlisiniz".Filmin sonunda digər həkim Said Mumtazi isə cinsi problemlərlə üzləşməmək üçün kişiləri siqaret, qəlyan, alkoqol və digər bu kimi vasitələrdən yan durmağa çağırır.