İranda silahlı hücum nəticəsində 9 əcnəbi həlak oldu

İranda silahlı hücum nəticəsində 9 əcnəbi həlak oldu
DÜNYA
22:23 27.01.2024
286
İranda 9 əcnəbi silahlı şəxslərin hücumunun qurbanı olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Mehr” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Faciənin Sirkan şəhərində baş verdiyi bildirilir. Jurnalistlərin sözlərinə görə, hazırda başqa ölkələrin vətəndaşlarına kimin konkret hücum etdiyi məlum deyil.

"İranın cənub-şərqində silahlı hücum nəticəsində 9 əcnəbi vətəndaş həlak olub”, - agentliyin məlumatında deyilir.

Hadisənin digər təfərrüatları açıqlanmır.
OXŞAR XƏBƏRLƏR