İranda silahlı toqquşma: SEPAH-ın 3 üzvü öldürüldü

İranda silahlı toqquşma: SEPAH-ın 3 üzvü öldürüldü
DÜNYA
16:27 12.09.2026
119
İranın cənub-şərqində SEPAH ilə terrorçu qrup arasında toqquşma baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan peşəkar terrorçu qrupla toqquşma baş verib.

SEPAH-ın yaydığı məlumata görə, toqquşma nəticəsində terrorçu qrupun 4 üzvü öldürülüb.

Bildirilib ki, bu gün günortaya qədər davam edən əməliyyat zamanı SEPAH-ın 3 əməkdaşı da həyatını itirib.

Məlumata əsasən, terrorçu qrupun gizləndiyi yerdən bir sıra silahlar, müəyyən miqdarda sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.

SEPAH əlavə edib ki, öldürülən terrorçuların sayının artacağı ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR