İranın Tehran şəhərindəki böyük şirkətlərdən birinin baş direktorunu əri Səid qətlə yetirməkdə şübhəli bilinərək həbs edilib.
Məlumatı "Tasnim” agentliyi yayıb.
Bildirilib ki, kişinin şirkət direktor olan xanımını sianidlə zəhərləyərək öldürdüyü ehtimal edilir. O, həyat yoldaşı ilə həmin şirkətdə satış meneceri işləyirmiş.
Atasının sözlərinə görə, kürəkəni şirkətdə başqa bir qadınla yaşayırmış. Səid boşanmaq təklifi etsə də, həyat yoldaşı bunu qəbul etmirmiş.
Faktla bağlı araşdırma aparılır.
///report