İranda son sutkada rekord sayda insan koronavirusdan ölüb

İranda son sutkada rekord sayda insan koronavirusdan ölüb
DÜNYA
16:09 01.11.2020
771
İranda bir gündə rekord sayda - 434 insan koronavirusun qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda ümumilikdə, 35 298 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada 7 719 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 620 491-ə yüksəlib.

Məlumatda həmçinin 5 244 nəfərin ağır vəziyyətdə olduğu, 486 691 nəfərin isə sağaldığı vurğulanıb.
 
 ///Report
OXŞAR XƏBƏRLƏR