İranda su qıtlığına görə etiraz aksiyası keçirilib, bir nəfər öldü

İranda su qıtlığına görə etiraz aksiyası keçirilib, bir nəfər öldü
DÜNYA
19:43 17.07.2021
1319
İranın Xuzistan əyalətindəki quraqlıq səbəbindən yaranan susuzluğa görə keçirilən etiraz aksiyaları nəticəsində bir nəfər ölüb.

Bu barədə Xuzistan əyaləti valisinin səlahiyyətlərini icra edən Ümid Səbripur bildirib.

Onun sözlərinə görə, nümayişi dağıtmaq üçün açılan atəş təsadüfən həmin şəxsə dəyərək öldürüb.

Müşahidəçilər bildiriblər ki, etiraz aksiyası dağıdılan zaman döyüş gülləsindən istifadə edilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR