İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

KRİMİNAL
14:36 11.12.2013
1863

İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb.

Əkbər Mühaciri dekabrın 10-da Təbrizin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, Ə. Mühaciri 2011-cu il avqustun 27-də Təbriz şəhərində İran hökumətinin Urmiya gölündəki ekoloji fəlakətə laqeyd münasibətinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə bir neçə fəalla birlikdə həbs edilib. Azərbaycanlı fəal həmin il noyabrın 19-da 300 milyon rial məbləğində girov qarşılığında məhkəmə prosesinədək sərbəst buraxılıb.

İctimai-asayişi pozmaq və milli təhlükəsizliyə xələl vurmaqda günahlandırılan Ə. Mühacir 2012-ci il yanvarın 7-də Təbriz İnqilab Məhkəməsində keçirilmiş prosesdə 4 ay qəti və 8 ay şərti olmaqla, 1 il azadlıqdan məhrum edilib. Hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamından isə məhkəmə ona bəraət verib. Azərbaycanlı fəal sonuncu dəfə məhkəmənin barəsində çıxardığı həbs cəzasını çəkmək üçün bu il oktyabrın 3-də tutulub.(APA)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir