İranda təlim təyyarəsi qəzaya uğradı: 2 nəfər öldü

İranda təlim təyyarəsi qəzaya uğradı: 2 nəfər öldü
DÜNYA
10:55 31.07.2023
148
İranın Kerac şəhərində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.
 
Qəzayla bağlı Peyam Hava Limanının İctimaiyyətlə Əlaqələr Müdirliyindən yazılı açıqlama verilib.

"Kərəcdə Peyam hava limanında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib", - deyə açıqlamada qeyd edilib.

Təyyarənin qəzaya uğrama səbəbi ilə bağlı məlumat verilməsə də, hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR