İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi
DÜNYA
00:28 29.03.2026
264
İranda hərbi xidmət qaydalarında dəyişiklik edilib: çağırış üçün minimum yaş həddi 12-yə endirilib.
AZXEBER.COM "Al Arabiya"ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər müavini açıqlayıb.
Bildirilib ki, 12-13 yaşlı yeniyetmələr könüllü əsasda silahlı qüvvələrə qoşulmağa çağırılıb.
Məlumata görə, 12 yaşdan yuxarı uşaqlar kəşfiyyat fəaliyyətlərində iştirak, operativ patrul xidmətində yer alma, "Bəsic" nəzarət-keçid məntəqələrində xidmət, hərbçilər üçün yemək hazırlanması, yaralı əsgərlərə qulluq və digər köməkçi işlərə cəlb olunacaqlar.
Qeyd olunur ki, məktəblilərin cəlb edilməsi proqramı "İranlılar üçün" adlanır.
Telekanal vurğulayır ki, bu qərar İranın uşaqların hərbi əməliyyatlarda istifadəsini qadağan edən beynəlxalq öhdəliklərinə ziddir.