İranda Xamenei dövrü bitir – Varis planı baş tutacaqmı?

İranda Xamenei dövrü bitir – Varis planı baş tutacaqmı?
SİYASƏT
10:28 21.11.2024
425
Son günlər İranda siyasi elita çaxnaşma içərisindədir. Əslində İranda baş verənləri hakimiyyət ugrunda gedən klandaxili savaşların işartısı kimi də dəyərləndirmək olar. Çünki  70 yaşlı İran prezidenti,   etnik azərbaycanlı Məsud Pezeşkian islahatlara start vermək niyyətindədir. Lakin onun istənilən islahat arzusu elə beşikdəcə boğulur.

İran müxalif telegram kanallarının iddialarına görə Məsud Pezeşkianın aparacağı islahatlara qarşı çıxan İranin ali dini lideri Seyid Əli Xameneidir. İran Telegram kanalları iddia edir ki, Məsud Pezeşkian seçildiyi 4 aydan artıq bir dövrdə Seyid Əli Xameneinin ciddi təzyiqləri ilə üz-üzə qalıb.

Məsud Pezeşkian məhz  Ali Dini liderin yaxın adamı hesab edilən və onun  Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili məğlub edərək İran prezidenti seçilmişdi. İndi İranda siyasi kluarlarda Ali Dini liderlə Məsud Pezeşkian arasında dərin uçurum olduğunu gizlətmək mümkün deyil. Məhz bu gərginlikdən Məsud Pezeşkian prezident seçkilərindən öncə verdiyi heç bir vədi yerinə yetirə bilmir. Gərginliyin daha bir pik nöqtəsi isə Ali Dini lider  Seyid Əli Xameneinin öz varisini hazırlamasından sonra yaranıb. Bu xəbərlər mediada işıqlandırıldıqdan sonra İran siyasi elitasında bir çaxnaşma yaranıb.

Son günlər isə 85 yaşlı ali dini lider Seyid Əli Xameneinin "varisi” ilə bağlı söhbətlər yenidən aktivləşib. İranın bəzi teleqram kanallarının məlumatına görə, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Xamneyi Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək Ali Rəhbəri olacaq "varisi” ilə bağlı məsələni müzakirə edib.

Qeyd edək ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir ki, onların arasında İranın Ali Rəhbərinin seçilməsinə cavabdeh olanlar da var. Şuranın əsas tərkibi dindarlardan ibarətdir.

Nəşrlərin yazdığına görə, Xamneyi çıxışında açıq şəkildə bildirib ki, gec-tez "varis” məsələsi gündəmə gəlməlidir və yaxşı haldır ki, şura üzvləri bundan sonra bu barədə düşünsünlər. O, cəmiyyətin tədricən buna hazırlaşmalı olduğunu da açıqlayıb. Təhlilçilər qeyd edirlər ki, Xamneyi illərdir İranın Ali Rəhbəri postuna varisi kimi hazırladığı oğlu Müctəbi özünə "varisi” etmək istəyir.

Məhz bu məlumatların mediada işıqlandırlması onu deməyə əsas verir ki, İran siyasi elitası yaxın günlərdə qəti qərarını verməlidir. Ali Dini liderin yaxın ətrafı isə özlərinə yaxın media resurslarında İran prezidenti Məsud Pezeşkian səriştəsizlikdə ittiham etməsi uçurumun olduqca dərin olduğundan xəbər verir. Bir sözlə ali dini lider Seyid Əli Xameneinin "varis” planının baş tutub, tutmayacağı zaman məsələsidir.
 

Qoşqar Salmanlı


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib