İranda yaşayış binasında partlayış olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Hadisə nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Partlayış ölkənin qərbindəki Lorestan əyalətində baş verib.
Agentliyin məlumatına görə, hadisə qaz sızması nəticəsində baş verib və təfərrüatları dəqiqləşdirilir.