İranda yemək yeyənlərin qarşısı alınır

DÜNYA
08:05 26.07.2012
1768
Ramazan ayının başlaması ilə İran polisi ictimai yerlərdə yemək yeyənləri və fəaliyyət göstərən yeməkxanaları müəyyənləşdirmək üçün gücləndirilmiş iş rejiminə keçib.
Bu çərçivədə paytaxt Tehranda oruc barədə qanuna riayət etməyən şəxslər saxlanılır, yeməkxana və restoranların fəaliyyəti dayandırılır. İran Baş Polis Idarəsinin rəisi Əhmədi Müqəddəm Ramazanın sonuna qədər ictimai yerlərdə yeyib içənlər barədə əməliyyatlar həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.
Şəhər daxilindəki yeməkxanaların sadəcə iftardan sonra açıq ola biləcəyini qeyd edən Müqəddəm səfərdə olanlar üçün şəhərlərarası yollarda fəaliyyət göstərən yeməkxanalar üçün içərini göstərməyən pəncərə şüşələrindən istifadə məcburiyyəti qoyulduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR