İranda yeni qadağalar qüvvəyə mindi

İranda yeni qadağalar qüvvəyə mindi
DÜNYA
11:47 14.12.2022
323
İranın Elborz və Tehran əyalətlərində hava çirkliliyinin yüksək səviyyədə olduğu və bütün yaş qruplarının sağlamlığına təhlükə olduğu üçün məktəblərdə təhsilə verilən fasilənin yenidən uzadıldığı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, İranın rəsmi agentliyinin verdiyi məlumata görə, Havanın Çirklənməsi Fövqəladə Hallar Qrupunun axşam iclasında Perdis, Demavend və Firuzkoh istisna olmaqla, Elborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblərin çərşənbə və cümə axşamı günləri bağlanmasına qərar verildiyi qeyd edilib.

Xəbərdə səhər saatlarında dərslərin onlayn keçiriləcəyi bildirilib.

Açıq yerlərdə idmanla məşğul olmaq da bütün qruplar üçün qeyri-sağlam hava çirkliliyi səbəbindən qadağan edilib. Tehran Bələdiyyəsinin avtomobillərin girişinə məhdudiyyət qoyulan ərazilərə giriş bileti satmayacağı bildirilib.

Aydın
OXŞAR XƏBƏRLƏR