İranda koronavirusa yoluxma rekord həddə çatıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İranda yeni növ koronavirus səbəbilə həyatını itirənlərin sayı 99 min 108-ə,gündəlik yoluxma sayı isə 50 min 228-ə yüksəlib. Bu say İran üçün rekord göstəricidir.
İran Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada COVİD-19-a son 24 saat ərzində 50 min 228 yeni yoluxmanın müşahidə olunduğu, onlardan 5 min 163-nün xəstəxanaya yerləşdirildiyi bildirilib.
Həmçinin, COVİD-19-a yoluxan xəstələrdən 7 min 424-ü reanimasiya şöbələrində müalicə alır. İranda epidemiyanın başlanmasından bəri sağalanların sayı 3 milyon 786 min 488-ə çatıb.
Ayşən