İranda zəvvarları daşıyan avtobus aşdı - 35 nəfər öldü

DÜNYA
09:41 21.08.2024
140
İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəhbəri, general Teymur Hoseyni bildirib.

Məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus Pakistandan İraqa gedirmiş.

Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.
OXŞAR XƏBƏRLƏR