İrandakı aksiyalarda həbs edilən qadın xəstəxanaya buraxılmadı

İrandakı aksiyalarda həbs edilən qadın xəstəxanaya buraxılmadı
DÜNYA
11:42 03.11.2023
164
İranda saxlanılan Nobel mükafatlı fəal Narges Mohammadinin hicab taxmaqdan imtina etdiyi üçün xəstəxanaya göndərilmədiyi açıqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə qadının ailəsi məlumat yayıb.
  
Məhəmmədinin həyatının təhlükə altında olduğu bildirilsə də, rəsmi açıqlama verilməyib.

Bildirilib ki, həbsxanada saxlanılan 51 yaşlı Mohammadi ürəyində problem yarandığı üçün xəstəxanada müalicəyə ehtiyac var.
 
İnstaqram hesabında açıqlama verən ailəsi bildirib ki, həbsxana rəhbərliyi onun hicabsız xəstəxanaya getməsinə belə icazə vermədikdən sonra həkim briqadası xəstəxanaya gedərək exokardioqramma aparıb və nəticədə müəyyən edilib. 
 
Mohammadiyə təcili olaraq anjiyoqrama ehtiyacı olduğunu bildirən ailəsi, "Onun hicab taxmağa məcbur edilməsinə qarşı çıxır. Həbsxanada olan bir qrup qadın onun xəstəxanaya aparılması üçün iki gündür dayanmadan etiraz aksiyası keçirir" deyib.

Qeyd edək ki, "Front Line Defenders" hüquq müdafiə təşkilatının məlumatına görə, Mohammadi çoxsaylı cinayətlərə görə 12 il həbs cəzasına məhkum edilib.
 
Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab taxmadığı üçün saxlanıldıqdan sonra ölməsi İranda böyük etirazlar yaradıb.
 
Mohammadi də bu etirazlara dəstək verərək hicab taxmayacağını açıqlamışdı. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR