İrandakı aksiyaların nəticəsi necə olacaq? - Cənubi azərbaycanlı fəal danışdı

İrandakı aksiyaların nəticəsi necə olacaq? - Cənubi azərbaycanlı fəal danışdı
SİYASƏT
15:02 09.01.2026
239
İranda bir neçə gündür etiraz aksiyaları keçirilir. Yerli mənbələrin yaydığı məlumata görə, aksiyalar paytaxt Tehranla yanaşı bir sıra digər şəhərləri də əhatə edir. Etirazlar əsasən sosial-iqtisadi çətinliklər, qiymət artımı və idarəetmə ilə bağlı narazılıqlarla əlaqələndirilir. Təhlükəsizlik qüvvələri bəzi ərazilərdə aksiyalara müdaxilə edib, hadisələr nəticəsində saxlanılanların olduğu bildirilir. Hətta sosial mediada yayılan videolarda görünür ki, bəzi şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib, nəticədə bir qrup etirazçının polis əməkdaşlarına fiziki müdaxilə edib. 

Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili AZXEBER.COM-a açıqlamasında deyib ki, aksiyaların uzunmüddətli prosesə çevrilməsi mümkündür:

"Aksiyaların uzunmüddətli prosesə çevrilməsi mümkündür. Düşünürəm ki, bu proses fasiləli və dalğavari şəkildə davam edəcək. İrandakı etirazlar ani bir rejim dəyişikliyindən çox, sistemin aşınması, legitimliyin zəifləməsi və idarəetmə böhranının dərinləşməsi formasında ortaya çıxır. İqtisadi problemlər, sosial ədalətsizlik və siyasi qapanmışlıq davam etdikcə bu proses tam olaraq bitməyəcək”.

Ekspert deyib ki, Xamenei üçün əsas təhlükə sistemin içəridən daha da zəifləməsidir:

"Xamenei üçün əsas təhlükə ani devrilmə deyil, sistemin içəridən daha da zəifləməsidir. Elita daxilində parçalanma riski, idarəetmə qabiliyyətinin aşınması və rejimlə cəmiyyət arasındakı dərin məsafə uzunmüddətli təhlükə yaradır. Bu, rejimin mövcudluğunu qısa müddətdə yox etməsə də, onun davamlılığını zəiflədən əsas faktordur”.

O deyib ki, cənubi azərbaycanlıların aksiyalara qatılmaması Tehran mərkəzli siyasətə qarşı olan güvənsizlikdir: 

"Cənubi azərbaycanlıların səssizliyi Tehran mərkəzli siyasətə qarşı formalaşmış tarixi və struktur güvən problemindən qaynaqlanır. Rejimlə yanaşı, Tahran mərkəzli müxalifətin də Güney Azərbaycan məsələsini inkar etməsi və ya ikinci plana atması, Cənubi Azərbaycan cəmiyyətini bu xəttdən uzaq tutub. Tarixi təcrübələr göstərir ki, Tehran mərkəzli proseslərdə Azərbaycan türkləri hər zaman zərər görüb. Bu səbəbdən mövcud duruş passivlik deyil, Təbriz mərkəzli, şüurlu və aktiv bir siyasi mövqedir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
18:07 05.03.2026
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi