İrandakı nüvə obyektlərini izləyirik - Tramp

İrandakı nüvə obyektlərini izləyirik - Tramp
SOSİAL
21:17 08.07.2026
483
ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəklərini deyib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Tramp bunu NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, ABŞ üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

"Heç vaxt İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Bu, hər şeydən daha vacibdir. Hazırda neftin qiymətləri sürətlə aşağı düşür. Düşünürəm ki, bu proses qısa müddətdə başa çatacaq. Əsas məqsədimiz nüvə silahlarının təhlükəli insanların əlinə keçməsinin qarşısını almaqdır. Hazırda İranın nüvə silahına sahib olmasının heç bir yolu yoxdur", - Tramp bildirib.

O vurğulayıb ki, ABŞ daim İranı kosmosdan izləyir və təhlükəli bir hal baş verəcəyi təqdirdə, operativ müdaxilə olunacaq.

"Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə həmin obyektləri izləyirik. Əgər kimsə həmin ərazilərə yaxınlaşmağa cəhd etsə, bunu dərhal görəcəyik. Hazırda heç kim həmin obyektlərə toxunmayacaq", - Tramp əlavə edib.
OXŞAR XƏBƏRLƏR