AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hərbi toqquşmaların uzanması, daha geniş ərazilərə yayılması zamanı müxtəlif ssenariləri təhlil etdik" , - deyən Ərdoğan bildirib ki, Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün Türkiyə dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir.
"Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sektorlara potensial təsirini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir.
Ərdoğan əlavə edib ki, Türkiyə İrana ərazisindən raket hücumları ilə bağlı xəbərdarlıq edib.










































