İranın Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində baş verən zəlzələ nəticəsində 19 nəfər yaralanıb.
Bunu əyalətin böhranlı vəziyyət idarəsi üzrə baş direktoru Seyid Məsud Yavəri bildirib.
Onun sözlərinə görə, Taybad, Qonabad, Zavə və Torbat-Heydəriyə şəhərlərinin sakinləri də zərər çəkiblər. Bildirilib ki, ən çox xəsarət alan və ziyan dəyən Torbat-Heydəriyyənin sakinləridir.
Baş direktor deyib ki, zərərçəkənlərin sayının artacağı ehtimalı olsa da, xəsarət alanların hamısının vəziyyəti yaxşıdır.
Məlumata görə, zəlzələ 10 km dərinlikdə, Raştxar şəhərindən 12, Dövlətabaddan (Zavə) 23, Torbat-Heydəriyyədən 43 km aralıda baş verib.
Qeyd edək ki, Raştxarın 61 min əhalisi var. O, Məşhəddən 199 kilometr cənubda yerləşir.
\report