İrandan 20 nəfərə yaxın Ukrayna vətəndaşı iyunun 24-də səhər saatlarında Azərbaycan vasitəsilə təxliyə olunub.
Bu barədə "Report"un Cənub bürosu xəbər verir.
Bildirilib ki, xarici ölkə vətəndaşlarının "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçidi qarşılıqlı razılaşma əsasında baş tutub.
Bundan başqa, bir qrup iranəsilli ABŞ vətəndaşı da İrandan təxliyə üçün Azərbaycana daxil olublar. Onlar İran tərəfdə hələ da keçid gözləyən insanların olduğunu söyləyiblər.


