İrandan ABŞ-yə sərt mesaj: “Gəlin və görün nə olacaq”

İrandan ABŞ-yə sərt mesaj: “Gəlin və görün nə olacaq”
DÜNYA
13:42 13.01.2026
296
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın mümkün hücumu ilə bağlı sərt açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranda hökumətyönlü nümayiş zamanı çıxış edən Qalibaf, Vaşinqtonu açıq şəkildə təhdid edib.

O bildirib ki, ABŞ Trampın rəhbərliyi altında İrana hücum edərsə, ağır nəticələrlə üzləşəcək: "Gəlin və görün bölgədəki bütün resurslarınız necə məhv ediləcək. Gəlin görün ABŞ bazaları, gəmiləri və qüvvələrinin başına nə gələcək”.

Qalibaf həmçinin vurğulayıb ki, İran istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR