İrandan Azərbaycana gələn daha 3 şəxsdə koronavirus tapıldı

İrandan Azərbaycana gələn daha 3 şəxsdə koronavirus tapıldı
TOP4
14:36 05.03.2020
3700
İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan AZXEBER.COM-a daxil olan məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü  Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib. 

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.  Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR